Azərbaycanla Ermənistan arasasındakı sülh danışıqlarında üçüncü ölkəyə ehtiyac varmı ?
Bölmə: Siyasət › ,Tarix: 20:34 12.12.2024
Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov “informator.az”a açıqlamasında bildirib ki, belə vasitəçilər bizə lazım deyil, çünki 30 il ərzində həmin o vasitəçilər heç bir şeyə nail ola bilmədilər:
“Mins qrupunun acı təcrübəsi onu göstərdi ki, heç bir vasitəçi məsələnin həllində maraqlı deyil, o cümlədən vasitəçiliyi təklif edən aparıcı dövlətlər. Görünən odur ki, hər özünü vasitəçi kimi təqdim edən ölkə əsas məsələyə yox, öz strateji maraqlarına nail olmaq məqsədini daşıyır. Təbii ki, belə vasitəçi bizə lazım deyil, çünki 30 il ərzində həmin o vasitəçilər heç bir şeyə nail ola bilmədilər, daha doğrusu istəmədilər. Biz özümüz Ermənistanla danışıqlar formatında həll etməyə qadirik. Demokrasiya, delimitasiya istiqamətində bir çox məsələlər artıq həll olunub. Təbii ki, əsas məsələ Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddealarıdır və bunun aradan götürülməsi üçün heç bir vasitəçi köməyinə ehtiyac yoxdur. Bu Ermənistanın özündən asılıdır. Həmin o vasitəçilər danışıqlarda iştirak etmək əvəzinə Ermənistana təzyiq etsinlər ki, ərazi iddialarından əl çəksinlər”.
Ləman Ağayeva