“İrqçilik, dini ayrı-seçkilik məsələləri Amerikada tez-tez gündəmə gələn mövzulardır”-POLİTOLOQ
Bölmə: Siyasət › ,Tarix: 23:13 12.12.2024
Bir neçə gün bundan öncə Amerikada 13 il öncə həbs cəzası verilən bir şəxsin həbs edilmədiyi cəzasının bitməsinə 6 il qala həbs cəzasının qüvvəyə mindiyi və adamın həbs edildiyi ortaya çıxıbdır. Amerikada 50 il heç nəsiz həbsdə yatan qaradərili insanların hekayələri mövcuddur.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “informator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin insan hüquqları ilə bağlı Azərbaycana irad bildirməsi olduqca tragikomikdir:
“Vaşinqton bunları həll etmək yerinə Azərbaycanı bu məsələlərlə ittiham etməsi olduqca gülüncdür. Problem hər ölkədə var. Biz iddia etmirik ki, Azərbaycan dörd-dördlük bir ölkədir. Amma nəticə etibarı ilə Azərbaycanı ittiham etdikləri şeylər özlərində də var. Yəni bir ölkə qarşıdakı ölkəni tənqid edirsə, gərək, özündə mükəmməl sistem və vəziyyət olsun. Amerika daxilində mülki silahlanma belə ən üst səviyyədədir. Mülki silahlanmanın çox olduğu yerdə təhlükəsizlik tədbirləri az olur. Bu cinayətkarlığın çox olduğu deməkdir. Amerikada bir çox hüquq sistemlərində boşluqların olduğu və yerli hüquqşünaslar tez-tez dilə gətirir. Amerika Azərbaycan daxil, digər ölkələrə demokratiya insan haqları adı altında təsir edə bildiyini düşünür. Əvvəllər bunu edirdi. Hazırda ölkələr buna çox da fikir vermir. Çünki sosial şəbəkələrin inkişaf etməsi, internet resursunun genişlənməsi artıq sağlam müqayisə təhlil aparmağı asanlaşdırır. Yəni Amerika hüquq sistemi, Amerikadakı proseslər ,Azərbaycandakı proseslər arasında paralelik və müqayisə aparmaq olduqca rahat bir hala gəlibdir. Ona görə də, dünyanın müxtəlif ölkələrinə Amerikanın hüquq, insan haqqları, demokratiya və.s məsələlərlə təsir etdikdə dərhal arqumentlərlə üzləşirlər və istənilən hökümət , hakimiyyət də Amerikaya cavab vermək iqtidarındadır”.
Kəmalə Vəliyeva