Sosial İnkişaf Yardım ictimai birliyi narkotik asılılığına qarşı maarifləndirmə təlimlərinə başlayıb

Bölmə: Sosial › ,
Tarix: 22:10 12.12.2024

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sosial İnkişaf Yardım İctimai Birliyinin təşkilatçılığı və 20 nömrəli tam orta məktəbin ev sahibliyi ilə narkotik asılılığına qarşı mübarizə təlimi başladı.

Layihənin çərçivəsində 3 ay müddətində 5 mübaləğəli ali təhsil müssəsisində maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır. İlk təlim 20 nömrəli tam orta məktəbdə baş tutdu.

Tədbiri açan məktəbin direktoru Esmira xanım qonaqları salamladı və narkotik asılılığına qarşı maarifləndirmə işlərinin gənclərin və yeniyetmələrin gələcəyi üçün æhəmiyyətini vurğuladı.

Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru və layihə rəhbəri Zakir Quliyev çıxış edərək layihənin məqsədini, həyata keçirilməsi nəzərdə tutulan tədbirləri və gözlənilən nəticələr barədə məlumat verdi. O, bu layihənin gənclərin sağlam həyat tərzinin təşviq edilməsinə və narkotiklərdən uzaq durmalarına dəstək olduğunu qeyd etdi.

Növbəti çıxışında Azərbaycan Respublikı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gördüyü işləri və bu istiqamətdə gənclərin maarifləndirilməsinin æhəmiyyətini vurğuladı.

Daha sonra, Azərbaycan Respublikı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, layihənin cəmiyyətin maarifləndirilməsi və narkotiklərə qarşı mübarizə istiqamətində verdiyi töhfələrdən danışdı. O, dövlətin narkotik vasitələrin yayılmasına qarşı gördüyü qabaqlayıcı tədbirləri, qanunvericilikdə edilən dəyişiklikləri və bu sahədə həyata keçirilən müsbət addımları qeyd etdi.

Daha sonra, Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu Günay nay u018liyeva narkotik asılılığının fərdlər, ailələr və cəmiyyət üçün yaratdığı təhlükələrdən danışdı. O, narkotiklərdən asıl şəxslərin reabilitasiyası və onların yenidən cəmiyyətə qazandırılması istiqamətində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.

Layihənin təlimçisi Büllur xanım çıxış edərək, maarifləndirmə işlərində gənclərin məlumatlılığının artırılmasının vacibliyini vurğuladı. O, həmçinin narkotiklərdən uzaq durmağın yolları və gənclərin sağlam seçimlər etməsi üçün atılmalı olan addımlar barədə fikir mübadiləsi apardı.

Tədbirin sonunda iştirakçı gənclər tərəfindən verilən çoxsaylı suallar qonaqlar və təlimçi tərəfindən cavablandırıldı. Tədbir iştirakçıların birgə xatirə fotosu çəkdirməsi ilə yekunlaşdı.