Tramp vəkillər, hətta miqrantlara belə, məsləhətlər verir

Bölmə: Dünya › ,
Tarix: 20:58 23.12.2024

Kelli Stumpun Oklahoma Siti hüquq ofisi təşviş içində olan zəngləri qəbul edir.

 

“Düzünü desəm, bu, gördüyüm ən pis vəziyyətdir”,- deyə Amerika Miqrasiya Vəkilləri Assosiasiyasının prezidenti Kelli Stump bildirir.

 

Seçkilərdən sonra həm yeni, həm də uzun müddətdir müştərisi olan şəxslər ona müraciət edərək kömək istəyiblər. Stump onların narahatlığını başa düşdüyünü deyir.

 

Prezident seçilmiş Donald Tramp hakimiyyətə qayıtdıqda, immiqrasiya ilə bağlı ciddi tədbirlərin onun administrasiyasının əsas diqqət mərkəzində olacağını açıq şəkildə ifadə edib.

 

Onun yüksək vəzifəli müşavirlərinin kütləvi deportasiya və “sürətlənmiş” vətəndaşlıqdan məhrumetmə vədləri hətta ABŞ-da qanuni statusu olan miqrantları belə narahat edir.

 

Stump müştərilərinə sakit qalmağı və indidən hazırlıq görmələrini tövsiyə edir.

 

Mənbə: CNN

Nuray Qurbanlı