Təhsil Nazirliyinin sertifkatlaşdırma qaydasında etdiyi dəyişiklik-Ekspert RƏYİ
Bölmə: Sosial › ,Tarix: 19:16 28.12.2024
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib.
Bunla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Dəyişikliklə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri ilə yanaşı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi də altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edəcəklər.
Bu dəyişikliklə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, dəyişiklikliyə əsasən, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi də MÜTDA-nın altsistemdə sertifikatlaşdırmada iştirak edəcək:
"Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edəcəklər".
Həmçinin ekspert bu addımın xidmət keyfiyyətini yüksəldəcəyini bildirib.
" Bu, müsbət addımdır. Müəllimlərə vahid sistem təklif edilir ki, bu da işin asanlaşmasıdır. Naxçıvan Təhsil Nazirliyinin bu iş üzrə səlahiyyətə sahib olan əməkdaşları lazımi məlumatların sistemə daxil edilməsi, yaranan problemin vaxtında görülməsi və xidmət keyfiyyətinin yüksəldilməsinə təsir imkanları olacaq. Eləcə də, MÜTDA-nın vahid sistemindən yararlanmaqla, əlavə təcrübi vərdişlər əldə ediləcək. Həm də prosesi MÜTDA-nın da izləmə imkanı olacaq".
Nigar Həsənzadə