BƏƏ-dən Türkiyə açıqlaması: Sudandakı səylərini məmnuniyyətlə qarşılayırıq
Bölmə: Dünya › ,Tarix: 22:03 28.12.2024
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin Sudandakı böhrana həll tapmaq üçün göstərdiyi diplomatik səyləri məmnuniyyətlə qarşıladığını və bu mövzuda Ankara ilə əməkdaşlıq və koordinasiya etməyə hazır olduğunu bəyan edib.
BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında Türkiyənin Sudandakı böhrana həll tapmaq üçün göstərdiyi səylər təriflənib.
Türkiyənin Sudandakı böhrana diplomatik həll yolu tapmaq üçün göstərdiyi səylərin məmnuniyyətlə qarşılandığı vurğulanan açıqlamada, "Bu səylər Türkiyənin bölgədə sülh və sabitliyi dəstəkləmək, ölkələr arasında münasibətlərin güclənməsinə töhfə vermək sahəsindəki dərin qətiyyətini əks etdirir" ifadələrinə yer verilib.
BƏƏ-nin Sudandakı münaqişəni sona çatdırmaq və böhrana hərtərəfli həll yolu tapmaq üçün Türkiyənin səyləri və bütün diplomatik təşəbbüslər çərçivəsində əməkdaşlıq və koordinasiyaya hazır olduğu bildirilib.
Mənbə: CNN türk
Nigar Həsənzadə