Təyyarə pəncərələri nə üçün yuvarlaqdır ?-EKSPERT AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 23:07 28.12.2024
Bu, aviasiya ictimaiyyətində olmasını istəmədiyimiz çox ağrılı bir qəzadır. Təəssüf ki, 62 sərnişin və 5 ekipaj üzvü olan təyyarədə 38 sərnişin həyatını itirib. Bunun quş sürüsü, yoxsa terror aktı olduğunu şərh etmək hələ tezdir. Çünki hesabatda bunların təfərrüatlı şəkildə üzə çıxmasını gözləmək lazımdır".
Bunu İstanbul Esenyurt Universitetinin müəllimi, Nəqliyyat xidmətləri şöbəsinin müdiri, pedaqoq Seda Korkmaz Qazaxıstanda 38 nəfərin həyatını itirdiyi təyyarə qəzasından danışarkən deyib.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev “informator.az” a açıqlamasında bildirib ki, avtomobil və digər nəqiliyyat növləri ilə müqayisədə hava nəqiliyyatında baş verən qəza hadisələrinin sayı olduqca azdır:
“Bu səbəbdən də hava nəqiliyyatı nisbətən təhlüksəsiz nəqiliyyat növüdür. Buna baxmayaraq bəzi hallarda qəzaların baş verməsi qaçılmazdır. Bütün dövrlərdə təyyarədən istifadə edən insanları düşündürən suallardan biri hansı yerin ən təhlükəsiz olmasıdır. Baş verən qəza hadisələrini təhlil edərkən məlum olur ki, təyyarənin quyruq hissəsi nisbətən təhlükəsiz yerdir. Bu təhlilər baş verən qəza hadisələrindən sonra sağ qalan insanların təyyarənin harasında əyləşməsinə əsasən aparılıbdır. Qəza hallarında fövqəladə hallar zamanı daha tez təxliyə olunmaq üçün qəza çıxışı qapısının yanında yerin seçilməsi də uğurlu seçimlərdəndir. Təyyarə qəzalarının müxtəlif səbəbləri var: texniki nasazlıq nəticəsində qəza enişi, təyyarənin suya düşməsi , teror hadisələri və.s Bu səbəblərində təhlükəsiz yerin seçilməsində mühüm təsiri var. Təyyarənin yanacaq çəni qanadlar istiqamətində yerləşir. Yanacaqla bağlı hadisə baş verərsə, qanadlar ətrafında yerin seçilməsi ən təhlükəsiz yer olmaya bilər. Ona görə də ən təhlükəsiz yerin seçilməsi ilə bağlı qəti bir fikir səsləndirmək mümkün deyil”.
Ekspertin sözlərinə görə, hava nəqiliyyatında quşların təyyarə ilə toqquşması ən uğursuz hadisədir:
“Belə ki, quşların mühərrikə daxil olma ehtimalı var. Həmin quş sürüsündən 2-3 quş daxil olarsa, mühərrikdə texniki nasazlıq baş verə , mühərrik dərhal sıradan çıxa, pilotun görmə qabiliyyəti zəifləyə bilər”.
Müsahib təyyarə pəncərələrinin yuvarlaqlığından da danışıb:
“Təyyarədə pəncərələrin dairəvi olması texniki parametrlərin nəzərə alınması şərti ilə tətbiq olunub. Əvvəlki zamanlarda bəzən təyyarələrin pəncərələri dördkünc formada hazırlanıb. Bu da texniki baxımdan uyğunsuzluq yaradıb. Qəza hadisələrinə səbəb olub. Pəncərlərin dairəvi olması təyyarə istehsalı prosesi zamanı bunu beynəlxalq normalara uyğun formada tətbiq edirlər”.
Kəmalə Vəliyeva