Əllərdəki gizli təhlükə-Karpal Tunel Sindromu

Bölmə: Maraqlı › ,
Tarix: 22:26 13.01.2025

Müasir dövrdə texnologiyanın sıx istifadəsi nəticəsində ölkəmizdə sürətlə yayılan karpal tunel sindromu həyat keyfiyyətinə son dərəcə mənfi təsir göstərir.

 

Karpal Tunel Sindromuna səbəb olan risk faktorları arasında alət çalmaq kimi təkrarlanan əl və bilək hərəkətləri, piylənmə, şəkərli diabet, hipotiroidizm kimi hormonal pozğunluqlar və bununla irəliləyən iltihablar mühüm rol oynayır. Xəstəliyin əsas əlaməti kimi ilk mərhələdə yüngül toxunma və təzyiq hisslərinin itməsi müşahidə edilir. Xəstələrin ən bariz şikayətləri baş barmaqda, şəhadət və orta barmaqda və üzük barmağının xarici yarısında hissiyyatın qismən və ya tam itirilməsi, baş barmağın əzələ nahiyəsində tükənmə, əldə tərləmənin pozulması, gecə yuxudan ağrı və uyuşma ilə oyanmadır. Biləyi gərginləşdirən təkrarlanan hərəkətlərdən çəkinin. Əllərinizi və biləklərinizi gərginləşdirmədən gücləndirəcək məşqlər etmək həm əzələləri gücləndirəcək, həm də şikayətləri azaldacaq. Daim kompüterdən istifadə edirsinizsə, siçandan istifadə etmək əlinizin əyilməsinin və şikayətlərinizin yaranmasının qarşısını alacaq. Şikayətlərin ilkin mərhələdə dərman müalicəsi, fiziki müalicə və idman, ortopedik vasitələr və həyat tərzi dəyişiklikləri ilə yaxşılaşmadığı təqdirdə cərrahi müalicəyə müraciət etmək lazımdır. Cərrahi əməliyyatdan sonra xəstələrə 3-4 həftədən sonra tam əl və bilək fəaliyyətlərinə başlamaları tövsiyə olunur.


Mənbə:Pembenar
Asiya Zeynallı