Gülləri Hər Fəsildə Canlı Tutun
Bölmə: Maraqlı › ,Tarix: 18:34 13.01.2025
Bağçanızda və ya evdə yetişdirdiyiniz güllər qısa müddətdə sola bilər. Güllərə qulluq edərkən bu addımlara diqqət etsəniz, gülləriniz hər fəsildə canlı qala bilər.
Gülləri canlı saxlamaq üçün ilk addım onları düzgün kəsməkdir. Bu, onlara suyu daha yaxşı qəbul etməyə imkan verir. Kəsmə zamanı gövdələrin suya toxunan hissəsindəki yarpaqları təmizləməyi unutmayın. Suda qalan yarpaqlar çürüyə və çirkli suya səbəb ola bilər. Güllərin canlılığının qorunmasında suyun dəyişməsi böyük rol oynayır. Gülləri qoyacağınız vazanın təmiz olmasına diqqət edin. Gülləri qoyduğunuz suyun otaq temperaturunda olması işinizi asanlaşdıracaq. Hər 2-3 gündə suyu dəyişdirin və sapları çarpaz şəkildə kəsin. Birbaşa günəş işığına məruz qalan və ya çox isti mühitlərdə saxlanılan güllər daha tez solur. Meyvələri çiçəklərin yanına qoymamağa diqqət edin.
Evdə sadə inqrediyentlərlə hazırlaya biləcəyiniz qarışıqlar güllərin canlı qalmasına kömək edə bilər. Şəkər güllərə enerji verir, sirkə isə bakteriyaların böyüməsinin qarşısını alır. Əgər qızılgülləri vazadan çıxarmaq lazımdırsa, gövdələrini nəm parça ilə də sara bilərsiniz. Həmçinin, sağlam böyüməsini istəyirsinizsə, istixanalardan xüsusi torpaq qarışıqlarından istifadə edə bilərsiniz. Bu torpaq köklərin güclənməsinə kömək edir.
Mənbə: Pembenar
Asiya Zeynallı