Erdoğan’ın yenidən namizədliyi necə mümkün ola bilər?
Bölmə: Dünya › ,Tarix: 23:13 14.01.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir dövr daha namizədliyinə dair AKP sözçüsü Ömər Çelik açıqlama verərək, bunun gündəmlərində olduğunu bildirib və “Əsas olan millətin istəyidir”,- deyib.
Ərdoğanın namizədliyi, MHP lideri Dövlət Baxçalının 5 noyabrda qrup toplantısında verdiyi açıqlamadan bəri zaman-zaman müzakirə edilir.
11 yanvarda AKP-nin Şanlıurfadakı il konqresində Ərdoğanın səhnədə sənətçi İbrahim Tatlısesin “Gələn dövr üçün namizədsinizmi?” sualına verdiyi cavabla bu mövzu yenidən gündəmə gəldi.
Prezident Ərdoğan bu suala, “Sən varsansa, mən də varam” cavabını verib.
13 yanvar tarixində keçirilən Nazirlər Kabineti toplantısından sonra açıqlama verən AKP sözçüsü Ömər Çelik də verilən bir suala cavab olaraq, bu məsələnin “orada gündəmə gəlməsindən və bu şəkildə müzakirə edilməsindən böyük məmnuniyyət duyduqlarını” ifadə edib.
Mənbə: BBC News Türkçe
Nigar Həsənzadə