Suriya hökumətinin yeni Xarici İşlər naziri Esad Həsən Şeybani kimdir?

Bölmə: Dünya › ,
Tarix: 23:15 14.01.2025

Suriya keçid hökumətinin Xarici İşlər naziri Esad Həsən Şeybani sabah Türkiyəyə ilk rəsmi səfərini edəcəyini açıqlayıb.

 

Şeybani səfərini sosial şəbəkələrdə türk dilində paylaşımı ilə elan edib:

 

"Yeni Suriyanı təmsil etmək üçün, on dörd ildir Suriya xalqını tək qoymayan Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfərimizi sabah həyata keçirəcəyik".

 

Şeybani, Bəşər Əsəd devrilməmişdən əvvəl İdlibdəki idarəçiliyində Heyət Təhrir əş-Şamın (HTŞ) siyasi işlər üzrə rəhbərliyini icra edirdi.

 

21 dekabrda vəzifəyə gəldikdən sonra Şeybani ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edib, daha sonra Orta Şərq turu çərçivəsində Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanı ziyarət edib.

 

Mənbə: BBC News Türkçe

Nigar Həsənzadə