NATO Şimali Koreya və Rusiyaya "hərbi əməkdaşlıq" barədə xəbərdarlıq edib

Bölmə: Dünya › ,
Tarix: 21:24 16.01.2025

Cənubi Koreya və NATO Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığı dərhal dayandırmağa çağırıb.

 

Cənubi Koreya müdafiə nazirinin müavini Ço Çanq-rae paytaxt Seulda NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə müavini Boris Ruge ilə görüşüb. Seulda yerləşən Yonhap agentliyinin məlumatına görə, görüş zamanı ikili Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini müzakirə edib və Şimali Koreya ilə Rusiya arasında “qanunsuz hərbi əməkdaşlıq”la bağlı narahatlıqları müzakirə ediblər. Bu əməkdaşlığın dərhal dayandırılmasına çağıran ikili Cənubi Koreya ilə NATO arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın vacibliyini vurğuladılar.

 

Rusiya Xarici İşlər Nazirliyi Moskva ilə Pxenyan arasında 2024-cü ilin iyununda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin 2024-cü ilin dekabrında qüvvəyə minəcəyini açıqlayıb. Bildirilib ki, bu saziş tərəflərdən birinə hücum zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutur və Şimali Şərqi Asiya və Asiya Sakit Okean regionlarında bölünməz təhlükəsizlik sistemi ilə çoxqütblü dünya nizamının qurulmasına töhfə verəcək.


Mənbə: CNN Türk
Kəmalə Vəliyeva