ABŞ-dan Kipr Respublikasına silah satışına yaşıl işıq

Bölmə: Dünya › ,
Tarix: 23:32 16.01.2025

ABŞ Prezidenti Co Bayden, Ağ Evdəki son həftəsində ABŞ-ın Kipr Respublikasına silah satmasına icazə verən bir təlimat yayımladı.

 

15 yanvar tarixli təlimatla Kipr Respublikasının ABŞ-dan hərbi texnika alması və ehtiyat avadanlıqların ölkəyə çatdırılmasının qarşısı alındı.

 

Bundan əlavə, Kipr Respublikasının birbaşa ABŞ hökumətindən silah alma imkanı da yarandı.

 

Bayden təlimatda qeyd edib: “Kipr Respublikasının müdafiə avadanlıqları və xidmətləri ilə təchiz olunmasının ABŞ-ın təhlükəsizliyini gücləndirəcəyinə və dünya sülhünü təşviq edəcəyinə inanıram".

 

Kipr Respublikası Prezidentliyinin yaydığı yazılı açıqlamada isə bu qərarın Kiprin “Şərqi Aralıq dənizində sabitlik və təhlükəsizlik sütunlarından biri” kimi tanınması mənasına gəldiyi vurğulanıb.

 

Mənbə: BBC News Türkçe

Nigar Həsənzadə