15 Ay Sonra Gələn Atəşkəs-İsrail və Həmas Razılığı

Bölmə: Dünya › ,
Tarix: 23:30 16.01.2025

İsrail və Həmas, Qəzza müharibəsinin başlamasından 15 ay sonra atəşkəs barədə razılığa gəldi.

 

Atəşkəs anlaşmasının əldə edildiyi, Qətər Baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani və ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqləndi. Mövzu ilə bağlı açıqlama verən Qətər Baş naziri Al Tani, İsrail və Həmasın “dayanıqlı bir atəşkəs” üçün uzunmüddətli bir razılığı qəbul etdiyini bildirdi və razılığın İsrail kabineti tərəfindən təsdiqlənəcəyi təqdirdə 19 yanvar bazar günü qüvvəyə minəcəyini vurğuladı. O, dəqiq bir təqvimin isə daha sonra açıqlanacağını əlavə etdi.

 

ABŞ Prezidenti Co Bayden isə Qəzzadakı qarşıdurmaları dayandıracağını, fələstinli mülki şəxslərə həyati humanitar yardımın çatdırılmasını təmin edəcəyini və 15 aydan çoxdur girov saxlanılan insanları ailələri ilə yenidən bir araya gətirəcəyini bildirdi.

 

Mənbə:BBC Türkiyə
Nəzrin İsmayılova