Qəzzada atəşkəsdən sonra son vəziyyət necədir?
Bölmə: Dünya › ,Tarix: 23:35 16.01.2025
İsrail hökuməti və HƏMAS arasında atəşkəs razılaşmasının elan edilməsindən sonra Qəzzada hücumlar davam etdi.
Qəzza mənbələri İsrailin bombardmanında ən az 73 nəfərin öldüyünü açıqlayıb.
Atəşkəs və girov mübadiləsinə əsaslanan razılaşma 19 yanvar tarixində qüvvəyə minəcək.
Qəzza atəşkəs razılaşması ilə bağlı nələr məlumdur?
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün razılaşmanı səsverməyə çıxarmaq üçün kabineti toplamalı idi. Ancaq bu səsvermənin təxirə salındığı bildirilib.
Səsvermənin cümə günü keçirilməsi gözlənilir.
Mənbə :BBC News Türkçe
Nigar Həsənzadə