Ürək xəstəliklərinə ən çox bu insanlarda rast gəlinir...
Bölmə: Sosial › ,Tarix: 23:29 16.01.2025
Ürək xəstəlikləri bütün dünyada ən çox ölüm səbəblərindən biridir. Ancaq məşhur inancın əksinə olaraq, bəzi sağlamlıq problemləri fizioloji və ətraf mühit amillərinin təsiri ilə kişi və qadınlarda fərqli şəkildə inkişaf edə bilər.
Araşdırmalar göstərir ki, ürək xəstəlikləri qadınlarda kişilərə nisbətən daha təhlükəli ola bilər. Bunun əsas səbəbləri arasında bioloji fərqlər, gec diaqnoz, yanlış diaqnoz, hormonal təsirlər və ürək xəstəlikləri ilə bağlı cəmiyyətdə yayılmış yanlış təsəvvürlər var.
Kardiologiya Mütəxəssisi Dr. Ercan Türk, qadınların ürək sağlamlığı haqqında məlumatlı olmasının onlara uzun və sağlam ömür sürməsinə kömək edəcəyini ifadə edərək, bu tövsiyələri verib:
Qadınlarda simptomlar fərqli ola bilər
Ürək xəstəlikləri deyildikdə, adətən ağla sinə ağrısı, sol qola yayılan ağrı kimi klassik simptomlar gəlir. Ancaq qadınlarda şikayətlər fərqli və qeyri-müəyyən ola bilər. Bu xəstəliyin erkən diaqnozunu çətinləşdirir. Qadınlarda ümumi simptomlar yorğunluq və zəiflik, nəfəs darlığı, ürəkbulanma və qusma, bel, çənə və ya boyun ağrısı, mədədə həzmsizlik və ya koma hissidir. Bu simptomlar adətən stress, menopoz və ya həzm problemlərindən qaynaqlanır.
Mənbə: Ahaber
Mehriban Nəsibova