Bu həftə ABŞ-da ipoteka faizləri 7%-i keçib
Bölmə: Dünya › ,Tarix: 23:24 16.01.2025
"İqtisadiyyatın əsas gücü bu faiz artımına səbəb olur. Yenə də fərqli kredit təkliflərini müqayisə etməklə istehlakçılar qənaət edə bilərlər," – deyə Freddie Mac-ın baş iqtisadçısı Sam Khater bildirib.
Freddie Mac-ın məlumatına görə, 30 illik sabit ipoteka üzrə orta faiz dərəcəsi 16 yanvar həftəsində 7.04%-ə yüksəlib, bu, May ayından bəri ən yüksək səviyyədir. Son beş həftədə faizlər davamlı artıb.
Federal Ehtiyat Sisteminin iki faiz endirimi edəcəyi gözlənilsə də, bunun yalnız ilin sonunda baş verəcəyi proqnozlaşdırılır. Bundan əlavə, yüksək ipoteka xərcləri ilə yanaşı, mənzil qiymətləri və bəzi bölgələrdə sürətlə artan sığorta xərcləri də alıcıları çətin vəziyyətdə qoyur. Ekspertlərin fikrincə, 2026-cı ilə qədər ipoteka faizlərinin 6%-dən aşağı düşməsi gözlənilmir. Bu isə ilk dəfə ev almaq istəyənlər və azgəlirli ailələr üçün mənzil almağı daha da çətinləşdirir. Bazarda mənzil təklifinin azalması qiymətlərin yüksəlməsinə təsir göstərir, eyni zamanda yüksək faizlər yeni tikinti tempini də yavaşladır.
Atlanta şəhərində yaşayan 35 yaşlı kirayənişin Jeff Howard üçün ev sahibi olmaq əlçatmaz bir arzudur. İşsizlik və borclar səbəbindən o, hazırda yalnız Federal Ehtiyat Sisteminin qərarlarını izləyərək gözləməyə üstünlük verir. "Yaxın və ya orta perspektivdə ev sahibi olmağı düşünmürəm," – deyə Howard bildirib.
Mənbə: CNN News
Aydan Quliyeva