“Böhran menecmentinin təməl faktorları: Risk və böhran idarəetməsi anlayışları” mövzusunda- elmi seminar
Bölmə: Araşdırma › ,Tarix: 15:23 22.01.2025
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Günel Qəribovanın elmi seminarı keçirilib.
"İnformator.az" xəbər berir ki, “Böhran menecmentinin təməl faktorları: Risk və böhran idarəetməsi anlayışları” adlı mövzusunda keçirilən seminarda fakültə müəllimləri, tələbələr, fakültə əməkdaşları maraq göstərib, iştirak ediblər.
Elmi seminar interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda keçirilib.
Mövzu ilə bağlı yerli və xarici nümunələrə nəzər salınıb, müzakirələr aparılıb. Günel Qəribova bildirib ki, böhran strategiyalarının düzgün qurulması və idarə olunması brendin imicinə dəyən ziyanın aradan qaldırılmasında mühüm rol oynayır.
Günel Qəribova müəllimlərin və tələbələrin suallarını cavablandırıb.