İran ABŞ-yə qarşı təxribat xarakterli hərəkətləri minimuma endirməyə çalışır

Bölmə: Siyasət › ,
Tarix: 19:02 29.01.2025

Bu barədə "Financial Times" qəzeti İranın ali dini lideri Əli Xameneinin qohumuna istinadən yazıb.

 

Mövzu ilə bağlı politoloq Samir Hümbətov “informator.az” a açıqlamasında bildirib ki, yeni Tramp administrasiyası 1-ci prezidentlik dönəmində-2016-2020-ci illərdə İranla münasibətləri ürəkaçan deyildi:

 

“ABŞ İrana qarşı sanksiyaların miqdarını artırdı. Bu ciddi məsələ idi. Bu baxımdan ABŞ-nin yeni Tramp administrasiyası, yenə də əvvəlki mövqeyini qoruyub saxlayacaq. İrana qarşı ciddi dəyişiklik olmayacaq. Önəmli məsələlərdən biri də, İranın ABŞ-yə qarşı mövqe tutma cəhdidir. Bu qorxudan irəli gəlir. Bu İranı narahat edir. Çünki yeni sanksiyalar işə düşə bilər. İrana qarşı hücum ola da bilər. Bunları “Molla rejimi” anlayır. Xameneini bunu daha çox dərk edir. İranın mesajları Amerikanı, Trampı tənqid etmə niyyətindən çəkilməsi buna hesablanır. Amma İran və Amerika arasında münasibətlərin düzələcəyi ilə bağlı məsələyə nikbin yanaşmaq olmur. Amma Amerika-İran arasında ciddi mövqe məsələsi var. İdealoji fərqlər var. İranın qaranlıq keçmişi var. Ona görə də münasibətlərin düzələcəyindən danışmaq absurddur. İran çalışır ki, müəyyən dövrə qədər mövqeyi saxlasın, sanksiyalar dalğasından kənar qalsın”.


Kəmalə Vəliyeva