Gənc Yaşda Xərçəng Hallarının Artması-Səbəblər və Risk Faktorları
Bölmə: Araşdırma › ,Tarix: 17:44 08.02.2025
Dünyanın müxtəlif bölgələrində aparılan yeni tədqiqatlar, 20-ci, 30-cu və 40-cı yaşlardakı insanlarda müşahidə olunan xərçəng hallarında diqqətəlayiq bir artım olduğunu göstərir.
BBC-də yayımlanan xəbərdə, xərçəng nisbətlərindəki bu artışın səbəbləri müzakirə edilib. BMJ Oncology jurnalında yaxınlarda yayımlanan bir araşdırmaya görə, 1990-2019-cu illər arasında 50 yaşın altındakı böyüklərdə erkən xərçəng hallarının 79% artdığı, xərçənglə əlaqəli ölümlərin isə 28% artdığı qeyd edilib. BMJ Oncology və Lancet jurnalının araşdırmalarına görə, tanınmış şübhəlilərdən bəziləri yüksək miqdarda qırmızı ət və natrium tərkibli, amma kifayət qədər meyvə və süd olmayan pəhrizlə alkoqol və tütün istifadəsidir. Dünya Səhiyyə Təşkilatı (DST) obezitenin, iltihab və hormonal pozulmalar səbəbilə yüksək xərçəng riski ilə sıx əlaqəli olduğunu bildirir.
Lancet-in tədqiqatı xərçəngin obezite ilə bağlı olduğunu göstərir. Bəzi mütəxəssislərə görə, elektron cihazlar və küçə işıqlarından yayılan süni işığa davamlı məruz qalmaq bioloji saati pozur, buna görə də süd vəzisi, qalın bağırsaq, yumurtalıq və prostat kimi bəzi xərçəng növlərinin riskini artırır.
A Haber
Əsmər Bəşirova