Qiymətli metal qızıl rekorda doymur

Bölmə: Dünya › ,
Tarix: 22:27 11.02.2025

Qlobal ticarətdə yaşanan gərginlik qızılın qiymətini artırmağa davam edir. Günə 3375 manatdan başlayan qızılın qram qiyməti hazırda 3381 manatdan ticarət olunur.

 

Riskdən bəhrələnən qızıl rekord üstündə rekord qırır. ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumları tətbiq edəcəyini elan etməsindən sonra ons qızıl 2919 dolları görərək yeni rekorda imza atıb. Qram qızıl günə 3365 manatdan başlayıb. Gün ərzində ən aşağı 3362 manat, ən yüksək isə 3408 manat səviyyəsi müşahidə olunub. Hazırda isə 3381 manatdan alıcı tapır.

 

Bəşirova Əsmər
A Haber