Misirli əsirlər azad edildi-Misir və Sudandan birgə əməliyyat

Bölmə: Siyasət › ,
Tarix: 22:19 11.03.2025

Misir dövləti Sudan hökumətinin köməyi ilə misirli məhbusların azad edilməsi üçün əməliyyat keçirib. Çevik reaksiya qüvvələrinin üsyançıları əsir götürülən Misir vətəndaşlarını artıq öz ölkələrinə qayıdıblar.

 

Mövzu ilə bağlı “informator.az”a politoloq Elxan Şahinoğlu bildirir ki, Sudan dövləti və onun ətrafındakı gərginlik uzun illərdir ki, davam edir:

 

“Qeyri-sabitlik həm Sudanın özünə, həm də Sudana qonşu olan ölkələrə də mənfi təsir göstərir. Bu dövlətlər arasına Misir dövlətidə daxildir. Misir öz ətrafında qeyri-müəyyənlik istəmir. Hətta Qəzza məsələsində də özünün xüsusi maraqları vardır. Misir dövləti istəyir ki, bu məsələ həll olunsun və savaş artıq sonlansın. Eləcə də Sudanla bağlı öz siyasəti var. Əgər Sudan dövləti əraziyə tam nəzarət edə bilmirsə, müxtəlif silahlı qrupları varsa, Misir bəzən məcbur qalaraq bu cür silahlı qruplarla mübarizəni fəallaşdıraraq artırsın. Öz ətrafında gərgilik və qeyri-müəyyənliliyin əleyhinədir. Ona görə də gərək qonşu ölkələr xüsusəndə Sudan da mərkəzi höküməti güclü olsun və ətrafda baş verən hadisələrə reaksiya verə bilsinlər”.


Aysel Mirzəyeva