ABŞ və Ukrayna arasında növbəti görüş baş tutub

Tarix: 23:52 17.03.2025
Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci mərhələsi keçirilib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar sülhün irəliləməsi üçün bir fürsətdir.
Bu görüşün Ukrayna üçün müsbət tərəfi olacaqmı?
Politoloq Turan İsmayılov məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna tərəfi artıq ABŞ-nin "qəbuledilməz" adlandırdığı şərtlərin bir çoxu ilə razılaşıb:
"Bu görüşdə müsbət məqamlar olsa da, mənfi tərəflər daha çoxdur. Müsbət tərəfi odur ki, Ukraynada ən azı silah səsləri susacaq və insan itkisi azalacaq. Neqativ tərəfi isə Ukraynanın sərvətlərinin Tramp administrasiyası istismar edilə biləcəyidir.
Ukrayna ABŞ-yə icazə verdikdən sonra ukraynalıların öz torpaqlarına qayıda biləcəyi sual altındadır. Minerallarla bağlı bu müqavilə bağlanarsa, Rusiyanın buna münasibəti necə olacaq?
Gələcəkdə hakimiyyətə Trampdan başqa biri gəldikdə, onun Ukraynaya münasibəti də zəmanətli deyil. Hələlik cavabı olmayan çoxlu suallar var. Lakin indi əsas məsələ Rusiyanın bu razılaşmanı qəbul edib-etməyəcəyidir".
Fidan Fərhad