Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

Tarix: 22:34 26.04.2025
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin adı şəxs Türkiyədə saxlanılıb.
“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, - deyə bildirilir.
Məlumata görə, İ. Kuzinin Ukraynada yaşamaq icazəsi olub.
Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.