ABŞ dövlət katibini şoka salan etiraz

Tarix: 20:33 21.05.2025
Nümayəndələr Palatasında büdcə müzakirəsi zamanı ABŞ-nin Qəzza siyasətinə və İsrailə verdiyi dəstəyə görə ABŞ dövlət katibi Marko Rubioya etiraz edilib.
ABŞ dövlət katibi Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2026-cı il büdcəsi dinləməsi zamanı ABŞ-nin Qəzza siyasətinə görə etirazlara məruz qalıb.
Sessiya davam edərkən, Sümer Mübarək kimi tanınan amerikalı fələstinli nümayişçi Rubioya "Qəzzada soyqırımı dayandırın" çağırışı ilə etiraz etdi. Sümer Mübarək seçki prosesi zamanı İsrail lobbisindən ianə aldığını iddia etdikdən sonra Rubionu “qatil” adlandırıb.
Sümer Mübarək ABŞ-ni İsrailə silah yardımını dayandırmağa çağırıb. O, mühafizəçilər vasitəsilə dərhal zaldan çıxarılaraq zaldan kənarda qandallanaraq nəzarətə götürülüb.
Rubionun qatıldığı sessiya davam edərkən zalın içərisində və xaricində baş verən digər Qəzza etirazları da ekranlara əks olunub.
Mənbə: CNN Türk
Əminə Əliyeva