ABŞ-nin keçmiş prezidenti Co Baydenə xərçəng diaqnozu qoyulub

Bölmə: Dünya › ,
Tarix: 21:09 21.05.2025

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyulduğu və xərçəngin onun sümüklərinə keçdiyi bildirilib.

 

Bayden və ailəsinin müalicə variantlarını araşdırdıqları qeyd edilib. Xərçəngin hormonlara həssas bir növ olduğu, yəni xəstəliyin idarə oluna biləcəyi də qeyd edilib.Diaqnoz açıqlandıqdan sonra sabiq prezidentə dəstək mesajları gəlib. Prezident Donald Tramp sosial media platforması Truth Social-da verdiyi açıqlamada həm özünün, həm də həyat yoldaşı Melaniya Trampın kədərləndiyini vurğulayıb.

 

Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova