ABŞ-nin mümkün tənzimləyici hərəkətləri fonunda Bitcoin qiyməti rekord qırır

Bölmə: Dünya › ,
Tarix: 22:09 21.05.2025

Bitcoinin qiyməti ABŞ-dən kriptovalyutalar üçün gözlənilən müsbət tənzimləmələr səbəbindən 109 481 dollara çataraq rekord qırdı.

 

Coinmarketcap analiz firmasının məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 3,23 faiz artaraq 3,430 trilyon dollara çatıb.

 

Ən böyük kriptovalyuta olan bitkoin yanvarda çatdığı ən yüksək səviyyəsini yeniləyərək 109 481 dollara çatıb. Bitkoinin qiyməti son 24 saatda 3,55 faiz artıb və GMT vaxtı ilə saat 19:10-a 109 000 dollardan satılır. Bitkoinin həftəlik dəyər qazancı da 5,29 faiz olub.

 

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum-un qiyməti təxminən 3,60 faiz artaraq 2564 dollara yüksəldi.

 

Analitiklər qeyd edirlər ki, ABŞ-də tənzimləyicilər stabilkoinlər adlanan rəqəmsal aktivlər üçün tənzimləyici çərçivə təmin edəcək qaydaları qəbul etməyə hazırlaşır və bu vəziyyət kriptovalyuta bazarında müsbət qarşılanır.

 

Mütəxəssislər ABŞ və Çin arasında ticarət müharibəsində gərginliyin azalmasının da müsbət amil olduğunu, ABŞ-dəki inflyasiya məlumatlarının da investorların risk iştahını artırdığını qeyd ediblər.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli