Pezeşkianın İrəvana səfəri planlaşdırılır

Bölmə: Siyasət › ,
Tarix: 22:10 26.05.2025

İran ölkə prezidenti Məsud Pezeşkianın Ermənistana səfərini təşkil etməyi planlaşdırır.

 

“İnformator.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəis müavini Səid Xətibzadə məlumat verib.

 

“Hazırda ölkə rəhbərinin İrəvana səfərini planlaşdırırıq. Paytaxtlar arasında siyasi məsləhətləşmələr gedir”, - o bildirib.

Lakin o, İran liderinin səfərinin dəqiq nə vaxt baş tuta biləcəyini açıqlamayıb.