“Yeni platformalar diplomatik xarakter daşıyır, real nəticə gözlənilmir”-Politoloqdan açıqlama

Tarix: 22:46 26.05.2025
Cənubi Qafqazda sülh prosesinə dair müxtəlif ölkələrin vasitəçilik təşəbbüsləri davam edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, artıq kifayət qədər format mövcuddur – Rusiya vasitəçiliyi ilə Soçi və Minsk, Avropa İttifaqının təşəbbüsü ilə Brüssel və Vaşinqton görüşləri, eləcə də Qranada sammiti:
"Bundan əlavə, Qazaxıstan, Macarıstan və Gürcüstan kimi ölkələrin də vasitəçi olmaq cəhdləri olub. Bu qədər formatın mövcud olduğu bir şəraitdə yeni platformalara ehtiyac yoxdur. Bişkekdə baş tutacağı deyilən mümkün görüş də daha çox diplomatik nümayiş xarakteri daşıyır və real nəticə doğurması çətin görünür. Sülh müqaviləsinin imzalanması üçün ən uyğun məkan kimi Tiflis görünür. Azərbaycan, Ermənistan və Gürcüstan müstəqilliklərini məhz bu şəhərdə elan ediblər. Tarixi və coğrafi baxımdan da Tiflis bu missiya üçün ən uyğun məkandır. Burada imzalanacaq sənəd Qafqazda sülh dövrünün başlanğıcı ola bilər".
Ayan Əsgərova