Trampdan Netanyahuya: İrana zərbə endirmə!

Bölmə: Siyasət › ,
Tarix: 23:42 28.05.2025

ABŞ Prezidenti Donald Tramp Tehranla yeni nüvə sazişi üzrə danışıqları aparması üçün İsrailin Baş naziri Benyamin Netanyahudan İrana zərbə endirməkdən çəkinməsini istəyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

 

O, Netanyahuya hazırda zərbə vurmağın uyğunsuz olacağını qeyd edib.