“Neftçi” Mahir Emrelini istəyir

Tarix: 19:42 29.05.2025
"Sırf Mahir Emrelinin karyerası haqqında danışası olsaq, Almaniyanın "Nürnberq" klubundan ayrılıb bizim premyerliqada çıxış etməsi geri atılan addım olar, o cümlədən milli komandamız üçün”.
Bu sözləri veteran futbolçu Aslan Kərimov "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, "Neftçi" üçün Mahir kimi bir oyunçu üstünlük gətirəcək:
"Hər halda real görünüb-görünmədiyini deyə bilmərəm, əgər Mahir Emreli komanda tapa bilməsə, Azərbaycanda "Neftçi"ni seçə bilər. "Neftçi"nin Mahir Emrelidən necə istifadə edə biləcəyinə gəldikdə isə o, necə effekt verəcəksə, elə də mövqeyini təyin edəcəklər. Hücumçu kimi gələn Mahiri yəqin ki, elə hücumçu mövqeyində də saxlayacaqlar, ancaq cinah hücumçu kimi də yaxşı oyun nümayiş etdirə bilər".
Müsahibin sözlərinə görə, bu transferin milli komandanın hücum xəttinə üstünlük gətirməsini də Mahir idarə edə bilər, bu, onun əlindədir:
"Bu, onun nə qədər ciddi yanaşması, diqqətlə hərəkət etməsindən asılıdır. Partnyorları onun hansı komanda yoldaşları olacaq?. Bu da önəmlidir.
Çünki hücumçu sadəcə özündən yox, komanda yoldaşlarından da asılıdır. Əgər Emin Mahmudovla partnyor kimi oynasa, heç də pis ikili olmazlar. Bir daha qeyd etmək istəyirəm ki, bu nə qədər doğrudur, necə baş verəcək, bunları dəqiq deyə bilmərik.
Mahirin milli komanda da iştirakı oyun praktikası baxımından üstünlükdür, ancaq bir Almaniya Bundesliqasında oynaması daha effektiv ola bilərdi".
Zəhra Möhübbətova