Rusiyadan Azərbaycan şirkətlərinə qadağa

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:32 10.07.2025

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətlərinin istehsal etdiyi bütün növ süd məhsullarının Rusiyaya idxalını qadağan edib. “Rosselxoznadzor”un rəsmi açıqlamasına əsasən, bu qərar sözügedən müəssisələrin Rusiyanın keçirmək istədiyi yoxlamalardan imtina etməsi və Rusiya bazarına maraqlı olmadıqlarını bildirmələri ilə əlaqədar verilib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya ilə hər hansı bir müstəvidə gərginlik olduğu halda Azərbaycan sahibkarlarına belə təzyiqlər başlayır:

 

"Amma bu verilən qərarlar heç də iqtisadi və yaxud da kənd təsərüffatı sahəsi ilə əlaqədar olmur. Adətən siyasi qərarlar olur. Xatırladaq ki, Vətən müharibəsindən sonra 10 dekabrda keçirilən paraddan bir gün sonra Azərbaycanın kənd təsərüffatı məshullarınıa, xüsusilə də pomidora eyni q adağa qoyulub. Rusiya çox yaxşı bilir ki, bir çox postsovet ölkələri kimi, Azərbaycanının da ən böyük ixrac bazarı Rusiya Federasiyasıdır. Belə olduğu halda, bu kimi üsullardan istifadə etməyə çalışır. Qadağan olunan bu iki şirkət haqqında onu deyə bilərik ki, reqlamentdənkənar olaraq, müəssələrdə yoxlamalar həyata keçirmək istəyiblər. Müəssə də haqlı olaraq, etiraz edib ki, bütün mallar ölkəyə daxil olarkən bütün labarotoriyalardan, gömrük nəzarətindən keçir. Bunun üçün də əlavə yoxlamalara ehtiyac yoxdur. Həmin şirkətlərun məhsulların Rusiya bazarlarına daxil olmasına qadağa qoyulub. Bu hər hansı bir standartla, qanunvericiliklə, texniki normativlə tənzimlənən məsələ deyil, sırf siyasi qərardır".

 

İqtisadçı ekspert həmçinin qeyd edib ki, Azərbaycanın pomidorla bağlı belə bir praktikası var:

 

"Həmin bu şirkətlər Rusiya bazarına məshul ixrac etmək istəyirlərsə, əlavə yoxlamalar olacaq. "Rosselxoznadzor" adlı bir qurum hansısa bir sertifkasiya sisteminə uyğun olaraq, müəssədə yoxlamalar həyata keçirəcək. Daha sonra labarotoriya fəaliyyəti, xammalın qəbulu, əməliyyat nəzarəti, giriş nəzarəti, yekun nəzarət proseslərimə bir-bir baxılacaq. Kritik nəzarət nöqtələri yenidən gözdən keçiriləcək. Siyahıya daxil edildikdən sonra bu təşkilatlar Rusiya bazarlarına məhsul çıxara biləcəklər. Ümumiyyətlə, biz ekspertlər uzun illərdir həyəcan təbili çalırıq ki, Azərbaycan məhsulları, xüsusi ilə qeyri-neft soktoru ilə əlaqədar olan qida, kənd təsərüffatı məhsullarının ən böyük satış hədəflədiyi bazarlar Rusiya bazarlarıdır. Amma halbuki dünyanın(loqistika problemləri olsa da) iki ən böyük bazarı mövcuddur: ABŞ-nin bazarı və 28+1 ölkədən ibarət Avropa bazarı. Bu təqribən 300-400 milyonluq bazardır. Biz öz məhsullarımızı alternativ bazarlarda satmağı öyrənməliyik. Azərbaycan sahibkarı bunu edə bilmir. Prosesi elə bir formaya gətirmək lazımdır ki, bu sahədə yenicə fəaliyyətə başalayan, hər hansı istehsal fəaliyyətini həyata kemirön bir sahibkar rahatlıqla öz məhsullarının satışını qeyd etdiyim bazarlarda həyata keçirə bilsin".


Billurə Quliyeva