Təyyarə Ermənistanı keçib Azərbaycana enib, ermənilər dəli olub: icazəni kim verib?

Bölmə: Dünya › ,
Tarix: 08:01 01.06.2025

 

Mart ayında Misir Hərbi Hava Qüvvələrinə məxsus Antonov An-74t-200A nəqliyyat təyyarəsi Ermənistanın hava məkanından keçərək Azərbaycanda hava limanına enib.


"İnformator.az" "Globalinfo.az"a istinadən xəbər verir ki, bu iddia ilə “Sputnik Ermənistan” çıxış edib.

 

Nəşr yazır ki, adətən Azərbaycana hərbi reyslər Gürcüstan və Türkiyə üzərindən həyata keçirilir. Ümumilikdə qeyri-mülkü təyyarələrin Ermənistan üzərindən hər hansı istiqamət üzrə uçuşu üçün prosedura uyğun olaraq icazə tələb olunur. “Sputnik Ermənistan” məsələyə aydınlıq gətirmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.