Şahdağa qar yağır

Tarix: 16:19 03.06.2025
Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə "iİnformator.az" "Teleqraf"a istinadən bildirib ki, Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.