Bakıda ağır qəza-ölən var

Bölmə: Hadisə › ,
Tarix: 10:06 05.06.2025

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində “Ford Tranzit” markalı yük maşının sürücüsü - 1991-ci il təvəllüdlü Famil Faxrət oğlu Cavadov piyada - 1952-ci il təvəllüdlü Arif Qədimulla oğlu Fətəliyevi vurub.

 

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.