Trampdan sərt miqrasiya mesajı

Bölmə: Dünya › ,
Tarix: 16:43 03.06.2025

Donald Tramp və onun komandası Kolorado ştatının Boulder şəhərində baş verən silahlı hücuma reaksiya olaraq sərt immiqrasiya siyasətlərini müdafiə edib.

 

Onlar hücumun əsas şübhəlisinin ABŞ-də qeyri-qanuni yaşadığını əsas gətirərək, deportasiya tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Respublikaçılar bildirib ki, belə hadisələrin qarşısını almağın yolu sərhəd təhlükəsizliyini artırmaq və qanunsuz miqrantlara qarşı ciddi tədbirlər görməkdir. Tramp administrasiyası bu arqumentdən istifadə edərək, Demokratları zəif miqrasiya siyasətinə görə tənqid edib. Hazırda istintaq davam edir və hücumun motivləri araşdırılır. Lakin hadisə ABŞ-də miqrasiya məsələlərinin yenidən siyasi müzakirələrin mərkəzinə çıxmasına səbəb olub.

 

The Guardian

Selcan Əhmədli