"Dövlət çevrilişi tankla deyil, cübbə ilə gəldi"

Bölmə: Dünya › ,
Tarix: 16:54 03.06.2025

İstanbul Cumhuriyyət Baş Prokurorluğu dörd müxtəlif istintaq çərçivəsində 47 nəfər barəsində saxlanma qərarı verilib, 34 nəfər həbs olunub.

 

Əməliyyatdan sonra Düzcə şəhərində keçirilən mitinqdə çıxış edən CHP lideri Özgür Özel deyib: "Dövlət çevrilişi bu dəfə postalla, tankla deyil; hakimiyyət prokuror cübbəsi ilə gəldi".
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı "korrupsiya" istintaqı, "Aziz İhsan Aktaş cinayətkar dəstəsi" istintaqı, Böyükçəkməcə Bələdiyyəsinə qarşı "korrupsiya" istintaqı və Beşiktaş Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər İdarəsinin 29 Oktyabr xərcləri ilə bağlı dörd ayrı istintaq çərçivəsində polis qüvvələri eyni vaxtda əməliyyat keçirib. Saxlanılanlar arasında Böyükçəkməcə Bələdiyyə sədri Hasan Akgün, Qaziosmanpaşa Bələdiyyə sədri Hakan Bahçetepe, Avcılar Bələdiyyə sədri Utku Caner Çaykara, Adana Ceyhan Bələdiyyə sədri Kadir Aydar, Adana Seyhan Bələdiyyə sədri Oya Tekin, Beşiktaş Bələdiyyə sədr müavini Ozan İş, Avcılar Bələdiyyə sədr müavinləri Erhan Daka və Mehmet Mandacı, Böyükçəkməcə Bələdiyyə sədr müavinləri Rıza Can Özdemir və Ömər Kazancı da var.


Əməliyyat çərçivəsində həmçinin İBB-nin Baş Katib müavini Erdal Celal Aksoy, İBB-nin törəmə şirkəti İSFALT-in müdiri Burak Korzay, Ağaç AŞ-nin Baş direktoru Ali Sukas, CHP Partiya Məclisi üzvü Baki Aydöner və sabiq CHP millət vəkili Aykut Erdoğdu da saxlanılıb. Özgür Özel Düzcə mitinqindən sonra İstanbulda Avcılar, Qaziosmanpaşa və Böyükçəkməcə bələdiyyələrini ziyarət edərək çıxışlar edib.


CHP lideri Özel Qaziosmanpaşadakı çıxışında bəzi KİV-lərdə yayılan "Qaziosmanpaşa Bələdiyyəsində gizli kassanın tapılması" xəbərlərinə cavab olaraq deyib: "Bu iftiracılara yazıqlar olsun. Əgər Qaziosmanpaşa Bələdiyyəsinin kassasından bir qəpik belə çıxdısa, bu gün siyasəti buraxıram, meydan oxuyuram".


BBC News

Fatimə Heydərova