Bəqai: İran tezliklə ABŞ-yə nüvə proqramı ilə bağlı təkliflər təqdim edəcək

Tarix: 15:40 09.06.2025
İran tərəfi yaxın zamanda Omanın vasitəçiliyi ilə ABŞ-yə İranın nüvə proqramı ilə bağlı təkliflər təqdim edəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai “Mehr” agentliyinə bildirib.
O, Vaşinqtonu bu imkanı əldən verməməyə və təkliflərə ciddi yanaşmağa çağırıb.
ABŞ və İran arasında danışıqların yeni raundunun keçirilməsi imkanına toxunan XİN nümayəndəsi bildirib ki, bu barədə qərar qəbul edildiyi təqdirdə elan olunacaq.
Tehran mayın sonunda nüvə sahəsində razılaşmanın əldə edilməsi ilə bağlı ABŞ-dən təkliflər alıb.