Taleyin ironiyası- Tramp lağa qoyduğu Baydenin aqibətini yaşayıb

Tarix: 16:01 09.06.2025
ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio "Air Force One" təyyarəsinə minərkən baş verən məzəli hadisənin qəhrəmanlarına çevriliblər. Hər iki siyasətçi jurnalistlərin və nümayəndə heyətinin gözü qarşısında təyyarənin pilləkənində büdrəyib.
"İnformator.az"ın verdiyi məlumata görə, kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb və müzakirələrə səbəb olub.
Hadisə Nyu-Cersi ştatının Morristaun şəhərinin hava limanında baş verib. Təyyarəyə minməzdən əvvəl Tramp mətbuat nümayəndələri ilə söhbət edib, sonra isə pilləkənlə qalxmağa başlayıb. Ancaq trapın ortasında o büdrəyib. Prezidentin ardınca pilləkənlə Marko Rubio qalxırdı. Dövlət katibi də pilləkəndə eyni aqibəti yaşayıb.
Maraqlısı budur ki, əvvəllər Donald Tramp sələfi Co Baydeni buna bənzər hadisələrə görə dəfələrlə lağa qoyub.