Almaniya rekord qırdı
Bölmə: İqtisadiyyat › ,Tarix: 15:09 30.01.2015
Almaniya Maliyyə Nazirliyi illik toplanan vergi rəqəmlərini açıqlayıb. 2014-cü ildə toplanan 593 milyard Avroluq vergi gəlirlərinin bütün dövrlərin rekordunu qırdığı ifadə edilib. Ötən ilə nisbətən toplanan vergilərdə 4% artımın olduğu qeyd edilib. Hər il olduğu kimi 81,5 milyard Avro ilə dekabr ayı da digər aylara nisbətən ən çox vergi yığılan ay olub.
Almaniyada 5 illik fasilədən sonra inflyasiya 0,3 % olub. Federal Statistika Dairəsinin ilk illik hesabatında açıqladığı məlumatlara görə, illik inflyasiya mənfi 0,3% göstərilib. Bir ay əvvələ nisbətdə inlyasiya 1% nisbətində aşağı düşüb.
Almaniya hökuməti daha əvvəl 1,3 % olaraq müəyyən etdiyi 2015-ci il böyümə hədəfini bu həftənin əvvəlində 1,5 % olaraq açıqlayıb.