Əmtəə bazarlarında qızıl ucuzlaşıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:19 16.06.2025

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

 

"İnformator.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,18% azalaraq 3 446,5 ABŞ dollarına bərabər olub.

 

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,12% artaraq 36,4 ABŞ dolları olub.