AZAL bir sıra reysləri ləğv edib- Bakıdan Tehran və Təl-Əvivə uçuşlar DAYANDIRILIB

Bölmə: Siyasət › ,
Tarix: 14:58 16.06.2025

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.

 


“İnformator.az” AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:


Bakı - Dammam - Bakı (J2 8205/8206)


Bakı - Bəhreyn - Bakı (J2 505/506)


Bakı - Ər-Riyad - Bakı (J2 8203/8204)


Bakı - Lahor - Bakı (J2 145/146)

 

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:


18 iyun - 30 iyun tarixlərində Bakı - Təl-Əviv - Bakı


19 iyun - 30 iyun tarixlərində Bakı - Tehran - Bakı

 

Ləğv edilən və ya dayandırılan reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.