ABŞ İsrail səfirliyini 3 gün müddətinə bağlamağa qərar verib

Tarix: 14:16 18.06.2025
ABŞ İranla gərginləşən qarşıdurmalardan sonra İsraildəki səfirliyini və iki konsulluğunu üç gün müddətinə bağlamaq qərarına gəlib.
ABŞ Dövlət Departamenti İsrail-İran qarşıdurması səbəbindən bölgədə artan gərginlik səbəbindən İsrail səfirliyinin 3 gün müddətinə bağlı olacağını açıqlayıb. Səfirliyin cümə gününə qədər bağlı olacağı vurğulanan bəyanatda, "Mövcud təhlükəsizlik vəziyyəti və İsrail ilə İran arasında davam edən qarşıdurma səbəbindən ABŞ səfirliyi bütün ABŞ dövlət işçilərinə və onların ailə üzvlərinə növbəti bildirişə qədər yaşayış yerlərində və yaxın yerlərdə qalmağa davam etmələri barədə göstəriş verib.
Təhlükəsizlik vəziyyətini nəzərə alaraq, ABŞ-nin Qüdsdəki səfirliyi 12 iyun Çərşənbə günündən etibarən Qüdsdəki səfirliyi 12 iyun Cümə gününə qədər bağlı olacaq." Həmçinin Qüds və Təl-Əvivdəki konsulluq binalarının da bağlanacağı bildirilib. Bildirilib ki, hazırda ABŞ vətəndaşlarının ölkəni tərk etməsi ilə bağlı hər hansı açıqlama yoxdur.
CNN Türk
Əminə Əliyeva