Oslo: Avropanın Ən Yaşana Bilən Şəhər Tətili

Tarix: 23:39 21.06.2025
Norveçin paytaxtı Oslo, mədəniyyət, rahatlıq və davamlı innovasiyalarla zəngin olan Vulkan məhəlləsi ilə Avropanın ən yaşana bilən şəhər tətilinə çevrilib. Akerselva çayının sahilində yerləşən bu ərazi əvvəllər tərk edilmiş sənaye zonası olsa da, bu gün tamamilə elektrikləşdirilmiş nəqliyyatı, geotermal enerjisi, günəş panelləri və ictimai məkanları ilə müasir və ekoloji bir məkandır.
2004-cü ildə başlamış bərpa layihəsi nəticəsində Vulkan Dansens Hus (rəqs teatrı), Mathallen (Norveçin ilk yemək zalı) və Vulkan Arena (musiqi məkanı) kimi mərkəzlərə çevrilib. Sahədə həm də Norveçin ilk enerji sinfi A oteli yerləşir. 2014-cü ildən Vulkan Arıxanası şəhərdəki arı populyasiyasını bərpa etməyə kömək edir.
Mikro-icma olan Vulkan sadəcə texniki baxımdan deyil, həm də sosial baxımdan davamlıdır. Burada gündəlik həyat rahat, əlçatan və yaşayışa uyğundur. Vulkanın uğuru Oslonun və ümumilikdə Norveçin yaşıl gələcəyə verdiyi önəmin bariz nümunəsidir.
Oslo şəhəri 2030-cu ilə qədər karbon neytrallığı, 2050-ci ilə qədər isə xalis sıfır emissiyaya nail olmaq istəyir. Bu vizyon, sakinləri və turistləri "görməli yerləri" deyil, "görməli həyatı" kəşf etməyə təşviq edir.
Mənbə: BBC
Türkan Kərimli