ABŞ-nin B-2 gizli bombardmançıları Quam istiqamətində hərəkət edir

Bölmə: Dünya › ,
Tarix: 00:02 22.06.2025

 

 

ABŞ-nin B-2 gizli bombardmançılarının Quama havaya qalxdığı və daha sonra Hind okeanındakı Dieqo Qarsiya adasına hərəkət edəcəklərini göstərən hava fəaliyyətinin bildirildiyi iddia edilib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin gizli bombardmançı donanmasına aid B-2 təyyarəsi Sakit Okeanda yerləşən Quam adasındakı ABŞ bazasına doğru gedir və daha sonra Dieqo Qarsiya adasına köçürüləcək.

 

Xəbərdə uçuş izləmə məlumatlarına və hava trafik idarəsi ilə səsli əlaqəyə görə Missuri əyalətindəki Uaytman Hərbi Hava Qüvvələri bazasından havaya qalxan 6 ədəd B-2 gizli bombardmançı ABŞ Hərbi Hava Qüvvələrinin Quamdakı bazasına gedərkən görünüb.

 

Fox News xəbərində deyilib ki, "bombardmançı təyyarələr Missuridən havaya qalxdıqdan sonra yanacaq doldurdular, bu da onların daşıdıqları ağır yüklər səbəbindən yanacaq çənləri tam olmadan buraxıldığı anlamına gəlir; bu yüklərin bunkerləri partladan bomba ola biləcəyi düşünülür". 

 

Mütəxəssislərin rəylərinin də yer aldığı xəbərdə B-2-nin yalnız ABŞ-də olan 2, 15 tonluq bunker bombası daşıya biləcəyi və bombaların İranın ən güclü nüvə sahəsi olan Fordonu hədəf alması üçün kritik ola biləcəyi iddia edilib.

 

B-2-lərin növbəti dayanacağı Sakit Okeanda Dieqo Qarsiya adası hesab edilir və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hələlik bu məsələ ilə bağlı sualları cavablandırmayıb.

 

Məlumdur ki, ABŞ daha əvvəl də Yəməndə İranın dəstəklədiyi husi hədəflərinə qarşı eyni adadan əməliyyatlar keçirib və eyni bazadan İranın nüvə obyektlərinin bombalanması üçün istifadə oluna biləcəyi gözlənilir.

 

İyunun 13-də səhər saatlarında İsrailin İrana qarşı hücuma keçməsi və İranın buna cavab verməsindən sonra Yaxın Şərqdə gərgin proses yaşanarkən, ölkə mediasında ABŞ-nin bu müharibədə iştirak edib-etməyəcəyi müzakirə olunur.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva