Braziliyada hava şarının qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb

Tarix: 23:48 21.06.2025
Braziliyada hava şarının qəzaya uğraması nəticəsində azı səkkiz nəfər həlak olub, əyalət qubernatoru bildirib.
Santa Catarina qubernatoru Jorginho Mello X-də etdiyi paylaşımda şənbə günü səhər Praia Grande şəhərində hava şarının göyərtəsində 21 nəfərin olduğunu söyləyib.
Pilot da daxil olmaqla 13 nəfər sağ qalıb və heç kim itkin düşməyib, əyalət hökumətinin mətbuat xidməti bildirib.
O əlavə edib ki, şar sağlamlıq mərkəzinin yaxınlığında yerə düşüb.
BBC
Nəzrin Məmmədova