Tramp İran sammiti üçün Türkiyəyə gəlirmi?

Tarix: 23:40 21.06.2025
ABŞ Prezidenti Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğana İran prezidenti Məsud Pezeşkianla birbaşa görüşmək üçün Türkiyəyə gələ biləcəyini dediyi iddia edilib.
ABŞ və İran arasında gərginliyin artdığı bu dövrdə ABŞ Prezidenti Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğana İran prezidenti Məsud Pezeşkianla birbaşa görüş üçün Türkiyəyə gələ biləcəyini söylədiyi iddia edilir. Axios-un məlumatına görə, Ərdoğan və Tramp diplomatik görüş təşkil etmək üçün keçən həftə İstanbulda intensiv danışıqlar aparıb. Lakin İran Prezidenti Xamneyinin razılığı olmadığı üçün görüş baş tuta bilməyib.
Mənbələrdən əldə edilən məlumata görə, Prezident Ərdoğan G7 Zirvə toplantısı zamanı prezident Trampa zəng edərək İstanbulda ABŞ və İran rəsmiləri arasında diplomatik görüş keçirilməsini təklif edib. Tramp bu təklifə müsbət baxıb və razılıq əldə olunarsa, vitse-prezident Ceyms Devid Vensi və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkovu Türkiyəyə göndərə biləcəyini və özünün də İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.
CNN Türk
Əminə Əliyeva