Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olundu

Tarix: 21:16 25.06.2025
25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib.
Müzakirələr zamanı qrup tərəfindən təqdim edilən təkliflər ətraflı şəkildə nəzərdən keçirilib. Sənəddə qanunvericiliyin müxtəlif sahələrində mövcud olan boşluqlar, hüquqi uyğunsuzluqlar və tətbiqdə müşahidə edilən çətinliklər qeyd olunub, onların aradan qaldırılması üçün konkret mexanizmlər və alternativ yanaşmalar irəli sürülüb.
Hazırlanmış təkliflərin əksəriyyəti idarə əməkdaşları tərəfindən müsbət qarşılanıb. Bildirilib ki, sənəddə əks olunan məsələlər praktiki təcrübəyə və mövcud hüquqi reallıqlara əsaslandığı üçün onların tətbiq olunma imkanları yüksəkdir. Bununla yanaşı, sənədin bəzi bölmələrinin əlavə hüquqi və texniki baxış tələb etdiyi vurğulanıb.
Bu səbəbdən sənəd üzərində əlavə işləmələrin aparılması və təkmilləşdirilməsi tövsiyə olunub. Müzakirələrin davam etdirilməsi və yaxın günlərdə sənədin yekun versiyasının hazırlanması məqsədilə əlavə işçi görüşlərinin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bu kimi təşəbbüslər yalnız hüquqi islahatların dərinləşdirilməsinə deyil, həm də ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflıq və hesabatlılığın artırılmasına mühüm töhfə verir.

25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib.