NATO dağılmaq ərəfəsindədir

Bölmə: Siyasət › ,
Tarix: 21:38 26.06.2025

NATO son 75 ilin ən təhlükəli böhranını yaşayır və ABŞ Prezidenti Donald Trampın yenidən seçilməsi, eləcə də onun administrasiyasının Avropaya qarşı hücumlarından sonra dağılmaq ərəfəsindədir.

 

Mövzu ilə “İnformator.az”a politoloq Elman Vəliyev bildirir ki, NATO nəinki dağılmaq, daha da güclənir:

 

“Amma əgər dağılarsa, NATO birliyin Azərbaycan heç bir şey təsiri yoxdu. NATO-nun zəifləməsi Çin kimi ölkənin mövqeyini gücləndirə bilər. Çünki NATO vaxtı ikən Sovetlər İttifaqının əleyhinə yaranmış bir təşkilatdır və sonra başqa təkcə o məqsədlə deyil, başqa məqsədləri də var. NATO-ya üzv olan bir ölkədə NATO-nun belə gizli təşkilatları vardır. Rusiya və Çin kimi ölkələrin mövqeyi güclənə bilər. Rusiya və Çinin güclənəcəyinə əminəm. Çünki Rusiyanın mübarizə NATO-nun ətrafındakı qonşuların NATO- ya olmamasıdır. Həmçinin deyə bilərik ki, NATO Sovetlər İttifaqına qarşı yaranıb. Soyuq mühari dövründə Rusiyanın yaratdığı bir çox təşkilatlara qarşı yaranan təşkilatdır. Lakin Soyuq müharibə dağılıb və niyə hələ də mövcuddur? Bildirdiyim kimi mövcudluq, təkcə Rusiyaya qarşı deyil, hər bir dövlətə təsir etmək, vahid bir güc sistemi formalaşdırmaq üçün yaranıb və ola biləcək gələcəkdə potensial güclərə qarşı mübarizə, mübarizə əzmini hələ də davam etdirir. Həmçinin. NATO-nun zəiflməsi belə BMT-nin rolunu gücləndirə bilməz. Çünki BMT başqa bir struktura malik təşkilatıdır. NATO hərbi təşkilatdır, BMT hüquq nizamlayan bir təşkilatdır. Amma NATO-nun zəiflənməsi güman edilmir. Daha da güclənir”.


Aysel Mirzəyeva