"İran ərazisində gizli nüvə obyekti ola bilər"- Tramp

Bölmə: Dünya › ,
Tarix: 19:29 29.06.2025

 

"İran ərazisində gizli nüvə obyekti ola bilər".

 

"İnformator.az"ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "FOX News"a müsahibəsində deyib.

 

O əlavə edib ki, Vaşinqtonda İranın çox sayda nüvə müəssisələrinə malik olduğu barədə məlumatlar olub:

"Çox güman ki, İranda hazırda üç əsas və bir əlavə nüvə istehsalı obyekti var".


O həmçinin İrana zərbələr endirilməsindən sonra bir sıra ölkələrin "İbrahim müqavilələri"nə qoşulmaqla bağlı müraciət etdiyini bildirib.